Azərbaycanda bir sıra dövlət qurumları üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri arasında dəyişiklik edilib.
Qaynarinfo-nun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini Rəşad Mustafayev və fövqəladə hallar nazirinin yeni müavini Yusif Nəbiyev Mərkəzi Çağırış Komissiyasının yeni üzvləri seçiliblər.
Onlar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasına qatılıblar.
Əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan Anar Bayramov Mərkəzi Çağırış Komissiyasının iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru kimi təmsil olunub. Bundan əvvəl TƏBİB-i sözügedən komisiyada qurumun sədr müavini Anar İsrafilov təmsil edirdi.
Yusif Nəbiyev isə fövqəladə hallar nazirinin müavini Adil Abdullayevi əvəz edib.
Qeyd edək ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Aydın
Şərhlər