Xəbər lenti

Paşinyan MDB və KTM-nin iclaslarından niyə imtina edir? (SƏBƏB)
Dünya 14:14 19.12.2023

Paşinyan MDB və KTM-nin iclaslarından niyə imtina edir? (SƏBƏB)

"MDB və KTMT tədbirlərindən imtina Nikol Paşinyanın Qərbin ev tapşırıqlarını yerinə yetirməsinin nəticəsidir. Düşünürəm ki, bu tendensiya yaxın dövrdə bir qədər də dərinləşəcək".
 
Bunu Qaynarinfo-ya konfliktoloq Üzeyir Şəfiyev Ermənistanın dekabrın 19-da Moskvada olacaq KTMT Parlament Assambleyası Şurasının birgə iclasını da boykot etməsinə münasibət bildirərkən deyib. 

Üzeyir Şəfiyev bildirib ki, Ermənistanın KTMT və MDB tədbirlərini bloklaması Paşinyan hakimiyyətinin Qərbə istiqamətlənməsinin nəticəsidir:

"Paşinyan hakimiyyətə gələndən qərbyönümlü siyasət yürüdəcəyini vəd edir. Qərb də onu müdafiə edir. Bu baxımdan Paşinyanın MDB və KTMT tədbirlərinə münasibətdə demarşı başa düşüləndir. O, Qərb ölkələri tərəfindən təilimatlandırılır. Məqsəd də Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən geosiyasi maraqlarını gerçəkləşdirməkdən ibarətdir. ABŞ Nümayəndələr Palatasının əvvəlki sədri vaxtilə Paşinyanı dilema qarşısında qoyaraq bildirib ki, İrəvan Qərb çətiri altına düşmək istəyirsə, birmənalı şəkildə Rusiyadan imtina etməlidir. Moskva da bunun fərqindədir. Bölgədə güc mərkəzlərinin geosiyasi maraqlar uğrunda mübarizəsi gedir".
 


Həmsöhbətimiz qeyd edib ki, növbəti MDB tədbirini də boykot etməsi İrəvanın maşa kimi istifadə olunmasının göstəricisidir:

"Paşinyan isə iki kresloda oturmaqla siyasi bazarlaşmada divident qazanmağa çalışır. Bu da o deməkdir ki, Paşinyan Ermənistanı bazara çıxarıb”.  

Ekspertə görə proses, Ermənistan Rusiya münasibətlərindəki konfliktin eskalasiyasına doğru gedir:

"Ancaq bu heç də o anlama gəlmir ki, İrəvan və Qərb buna nail olacaq”. 

Qeyd edək ki, Ermənistan KTMT Parlament Assambleyası Şurasının dekabrın 19-da Moskvada olacaq birgə iclasını boykot etmək qərarına gəlib. Ermənistan parlamentinin sədri başda olmaqla həmin ölkənin nümayəndə heyəti görüşdə iştirak etməyəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->