Xəbər lenti

Pezeşkian: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır
Dünya 21:43 22.06.2025

Pezeşkian: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır

ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır.

"Report” xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib.

"ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib.

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->