Xəbər lenti

Polkovnik Vidadi Orucov vəfat etdi
Ölkə 22:31 30.01.2026

Polkovnik Vidadi Orucov vəfat etdi

Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi Orucov vəfat edib.

Oxu.Az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.

O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Mərhum Göygöl rayonunda dəfn olunub.
--> -->