Xəbər lenti

İdman 21:46 22.12.2023

Premyer Liqa klubu Avropa Superliqasında iştirak etməyəcəyini açıqladı

"Arsenal" yeni yaradılması planlaşdırılan Avropa Superliqasında çıxış etməyəcəyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqa klubu bu barədə rəsmi saytı vasitəsilə bəyanat yayıb. Klub açıqlamasında "Biz UEFA-nın bayrağı altında keçirilən yarışlarda mübarizə aparmağa, Avropa klubları və Avropa Klublar Assosiasiyası ilə əməkdaşlığı davam etdirəcəyik” - ifadələrinə yer verilib.

Dekabrın 21-də Avropa Ədalət Məhkəməsi Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Superliqanın qadağan edilməsi ilə bağlı qərarının qeyri-qanuni olduğunu elan edib. Məhkəmə hər iki qurumu qaydalara zidd addımlar atmaqda və hakim mövqelərindən sui-istifadə etməkdə günahlandırıb.

2021-ci il aprelində bir sıra nəhəng klublar Avropa Superliqasını yaratdıqlarını elan edib. Sonradan UEFA və FİFA-nın qadağaları iklə üzləşən klublar layihəni dayandırıb və bəziləri üzvlükdən çıxdıqlarını açıqlayıb. 

"Arenal” İngiltərə çempionatının turnir cədvəlində 39 xalla ilk pillədədir.
 
Daha öncə İngiltərə klublarından "Mançester Siti", "Çelsi" və "Tottenhem" də Superliqada iştirakdan imtina etdiyini açıqlamışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->