Xəbər lenti

İdman 17:33 02.04.2023

Premyer Liqa: "Qarabağ" Şamaxıda qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Qəbələ"ni qəbul edəcək. Turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->