Xəbər lenti

İdman 20:48 29.04.2023

Premyer Liqa: "Sabah" "Şamaxı"dan üstün oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə Aleksey Kaşuk vurub.

Xallarının sayını 74-ə çatdıran meydan sahibləri ikinci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i eyni hesabla yenib. Turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" qarşılaşması isə mayın 2-də baş tutacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->