Siyasət 18:52 07.07.2022

Prezident Mikayıl Cabbarovu komissiya üzvü, Ceyhun Bayramovu həmsədr təyin etdi

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq sərəncamında deyilir.

Sərəncama əsasən, komissiyanın tərkibində Baş nazirinin birinci müavini iqtisadiyyat naziri ilə əvəzlənib.

Qeyd edək ki, baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. 

Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində də dəyişiklik edilib.

Prezidentin sərəncamına əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur.