XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident Qırğızıstana səfərə getdi
Siyasət10:55 12.10.2023

Prezident Qırğızıstana səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.
Qaynarinfo xəbər verir ki, Bişkek şəhərinin "Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.