Son aylarda ölkədə problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bunu Mərkəzi Bankın yaydığı son rəqəmlərə əsaslanaraq demək mümkündür. Rəqəmlərə nəzər salarkən görmək olur ki, ötən ilin dekabrında 655 milyon manat olan qeyri-işlək kreditlər bu ilin oktyabrında 805 milyon manata çatıb. Yəni təxminən 150 milyon manatlıq artım qeydə alınıb. Nisbi göstəricilərə baxsaq, ilin əvvəlində ümumi kredit portfelində problemli kreditlərin payı 2.4 faiz idisə, indi 2.7 faizə yüksəlib.
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçılar deyir ki, artım olsa da, bu rəqəm hələ də təhlükəli hədd hesab edilmir.
Ekspertlər bildirir ki, pisləşmə daha çox istehlak kreditlərində müşahidə olunur. İlin əvvəlində 2.9 faiz olan problemli istehlak kreditləri hazırda 3.5 faizə qalxıb. Biznes kreditlərində artım daha azdır, ipoteka kreditlərində isə vəziyyət stabildir. Son aylarda problemli kreditlərin artmasına inflyasiyanın yüksək qalması və xüsusilə ərzaq qiymətlərinin bahalaşması da təsir edib.
Mütəxəssislər hesab edir ki, indiki artım bazar üçün təhlükə yaratmır, amma prosesin nəzarətdə saxlanması vacibdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şərhlər