Xalq artisti, mərhum Ramiz Novruzun oğlu Cavidan, bacısı Şəfəq Novruzun erməni əsilli stilistlə çəkilən fotosuna aydınlıq gətirib.
Cavidan Novruz Qaynarinfo-ya açıqlamasında bu fotonun 2014-cü ildə çəkildiyini bildirib:
"İndi nə oldu ki, yenidən gündəmə qayıtdı? Bu məsələlərə qarışmıram. Kim nə istəyir, yazsın, nə istəyir, paylaşsın, mənim öz həyatım, öz işlərim, problemlərim var. Məni bu məsələlərlə bağlı işlərimdən kimsə ayırmasın. Ölkədə sənət adamları ilə bağlı bundan böyük problemlər var, yaxşı olar ki, onları həll etsinlər".
Cavidan Novruz bacısı Səfəqin sənətinə ləkə yaxanlara səslənib:
"Şəfəq sənəti ilə bağlı nəsə edibsə, o saat ləkə yaxmayaq ki, erməniyə pərəstişkarlıq edirik, nə bilim nə. Ramiz Novruz saglığında ölkədə 20 Yanvar, Xocalı faciəsi ilə bağlı ürək yanğısı ilə pyesler yazıb, öz hesabına tamaşa hazırlayan bir kişi olub. Onun ailəsi, övladları da o kişinin qanındandır. Bizim müharibə dönəmlərində etdiklərimizi heç kim bilməyib, əldə bayraq etməmişik. Çünki etsək də, belə yaxşı şeylər heç vaxt işıqlanan deyil. Artıq dərəcədə xahiş edirəm, köhnə söhbətləri ağartmayaq".
Qeyd edək ki, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial şəbəkə hesabında erməni əsilli müəllimi, məşhur stilist Georgi Kot ilə birgə çəkilmiş fotosunu paylaşıb. Onun paylaşımı izləyicilər tərəfindən tənqid olunub.
Bahar Rüstəmli
Şərhlər