Xəbər lenti

Professor güclü yağışlardan sonra xəstəliklərlə bağlı xəbərdarlıq etdi
Ölkə 16:16 06.04.2026

Professor güclü yağışlardan sonra xəstəliklərlə bağlı xəbərdarlıq etdi

Güclü yağışlar nəticəsində suların yaşayış evlərinin həyətlərinə dolması bir çox xətəliklərə səbəb ola bilər.
 
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, yağış suları aspergilloz xəstəliyinin geniş yayılmasına səbəb olacaq:

"Bu xəstəliklərin yaranmasına səbəb nəmişlikdir. Nəmişlik xəstəlik deməkdir, müxtəlif mikroorqanizmlərin cücərməsi üçün əlverişli şərait yaradır. Onun cücərməməsi üçün su altında qalan döşmələrin qurudulması həyata keçirilməlidir. Bu nə qədər tez aparılsa, yağışın fəsadları az olmuş olacaq".
 


Professor hesab edir ki, bu az qala təbii fəlakət səviyyəsində bir hadisədir:

"Və xeyli insan bundan əziyyət çəkib. Təəssüflər olsun ki, vəziyyət belədir. Əslində daşqınlar dünyanın bütün yerlərində baş verir. Yağışlar nəticəsində əmələ gələn daşqınlardan sonra xeyli fəsadlar qalır. Bunlardan birincisi nəmişlikdir. Nəmişlik binanın fundamentinə, divarlarına, evdəki əşyalara, döşəmənin altına və s. hopur. Zamanla orada yavaş-yavaş mikroorqanizmlər, o cümlədən də göbələk inkişaf edir. Göbələk divar boyu inkişaf edir".

Adil Qeybulla vurğulayıb ki, göbələyin tozları atmosfer havasına düşərək insanların nəfəs yollarına düşə bilər:

"Nəticədə asbergillos xəstəliyi yaranır. Bundan əlavə nəmişlikdə yaşayan insanlarda revmatik xəstəliklər baş qaldıracaq. Oynaqlarda, əzələlərdə, boyun, diz ağrıları yaranacaq ki, bunun da müalicəsi xeyli zaman aparacaq".

Bahar Rüstəmli
--> -->