Qaradağ rayon Su Kanal İdarəsi tərəfindən Puta gölündə leysan yağışlar zamanı su səviyyəsinin yüksəlməsinin qarşısını almaq məqsədilə mühüm tədbir həyata keçirilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən diametri 1000 mm olan, uzunluğu 20 paqon metr təşkil edən əlavə suötürücü dəmir-beton boru quraşdırılıb.
Görülən işlər nəticəsində intensiv yağıntılar zamanı göldə suyun tənzimlənməsi imkanları artırılıb və ətraf ərazilərin mümkün daşqın riskinin azaldılması hədəflənir.
Şərhlər