Xəbər lenti

Siyasət 13:05 13.10.2023

Putin MDB liderlərindən nə istəyəcək? - Ekspert

"Dövlət başçılarının Bişkek sammitində bu və ya digər məsələlər ətrafında konkret qərarların qəbul olunacağını gözləmirəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli MDB Dövlət Başçılarının Bişkek görüşünü şərh edərkən deyib.

Ekspert bildirib ki, MDB Dövlət Başçıları Şurasının iclasında ilk növbədə cari msələlərin müzakirəsi gözlənilir:

"Burada Ukrayna Rusiya münasibətlərilə bağlı məsələlərin müzakirəsi də baş verəcək. Moskva çalışacaq ki, bu məsələdə digər tərəfləri öz  mövqeyinə yaxınlaşdırsın. Ərəb dünyası ilə İsrail  arasında başlanan gərginlik də sözsüz ki, müzakirə predmeti olacaq. Həmçinin Cənubi Qafqazla da bağlı müəyyən müzakirələr aparıla bilər. Bütün hallarda bu görüşdə hasısa bir məsələdə irəliləyişin olacağını gözləmirəm. Xüsusən də Azərbaycala Ermənistan arasında münasibətlərdə hər hansı bir irəliləyişin olacağını gözləmirəm. Çünki Ermənistan artıq Bişkekə getməkdən imtina edib".
 
Qulamhüseyn Əlibəyli qeyd edib ki, MDB dövlət başçıları da vaxtaşırı olaraq bu məsələlərə münasibət bildirməyiblər:

"Ona görə də düşünürəm ki, Cənubi Qafqaz məsələsinə sözügedən görüşdə münasibət  bildirilməyəcək. Yalnız təkbətək görüşlərdə ola bilsin  ki, Cənubi Qafqazla bağlı məsələlər də müzkirə olunsun. Məsələn, Azərbaycan və Rusiya prezidentlərinin göürşündə bu məsələ müzakirə oluna bilər. Çünki bölgədə əsas söz sahibi Azərbaycan, Türkiyə və Rusiyadır. Bütün hallarda dövlət başçılarının Bişkek sammitində bu və ya digər məsələlər ətrafında konkret qərarların qəbul olunacağını gözləmirəm”. 

Həmsöhbətimiz Rusiya Prezidentinin sammit çərçivəsində MDB-yə daxil olan və görüşdə iştirak edən dövlətlərə bu və ya digər formada təzyiq edəcəyini güman etmir: 

"Çünki Ermənistandan başqa MDB-nin digər dövlətləri qurumdan uzaqlaşmaq niyyətlərini ortaya qoymayıb. Belarus faktiki olarar Rusiyanın satelitidir. Orta Asiya respublikalarına da hazırda  MDB-də qalmaq sərf edir. Bu mənada, Putin  tərəfindən digər MDB dövlətlərinə münasibətdə sərt tədbirlərin görüləcəyi və yaxud sərt xəbərdarlıq edəcəyini gözləmirəm”.

Qeyd edək ki, bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. İclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə nəzərdə tutulub. Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. İclasda MDB məkanında təhlükəsizliyin  təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->