Xəbər lenti

Dünya 17:35 30.03.2024

"Putin NATO-nu münaqişəyə sürükləmək istəyir" - Berbok

Almaniya xarici işlər naziri Annalena Berbok əmindir ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu silahlı münaqişəyə sürükləmək istəyir. Onun fikrincə, Putin "konkret olaraq danışıqlar aparmaq istəmir".

Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesspiegel" məlumat yayıb.  

Almaniyalı nazir bildirib ki, Rusiya qalib gəlsə, Avropada təhlükəsizlik və beynəlxalq nizam da risk altında olacaq. Eyni zamanda o, Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna edib.

"Putinin məqsədi Ukraynanın müstəqil, azad ölkə kimi varlığını məhv etmək və NATO-nu müharibəyə sürükləmək idi və elə də qalır. Biz lap əvvəldən açıq şəkildə bildirdik ki, buna heç vaxt icazə verməyəcəyik", deyə Berbok bildirib. 

Xatırladaq ki, Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek Ukraynadakı hərbi münaqişənin tezliklə bitməsi ehtimalının az olduğu qənaətindədir. O, Avropa ölkələrini mümkün təhlükəsizlik təhdidinə hazırlaşmağa çağırıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->