Xəbər lenti

İdman 09:32 02.02.2024

"Qalatasaray" hücumçusunu 5 milyon avroya satdı

Türkiyənin "Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi "Betis”ə satıb.

Qaynarinfo xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.

Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi "Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sedrik Bakambu "Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada "Vilyarreal”ın formasını geyinib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?