Xəbər lenti

Qalib olub evlənmək istəyən meyxanaçı xəstəxanalıq oldu (VİDEO)
Video 12:55 29.12.2025

Qalib olub evlənmək istəyən meyxanaçı xəstəxanalıq oldu (VİDEO)

ATV-də yayımlana "Kəlmə-kəlməyə” layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, yarışmanın şənbə günü baş tutan ilk qarşılaşmasından sonra meyxanaçı səhhətində qəfil problem yaranıb.
 
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, Vüqar Qobulunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi:

"Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.  

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə” meyxana yarışında bu həftə Şəhriyar Hacıyev və Vüqar İmamcanov qarşı-qarşıya gələcəklər.


--> -->