AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah” – "Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.
Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah” klubu 2500 manat cərimələnib.
"Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün "Qarabağ” daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.
Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.
Şərhlər