"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlıların Premyer Liqanın XV turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin növbəti dəfə narazılığına səbəb olub.
Buna görə Slotun Stiven Cerrardla əvəzlənməsi gündəmdədir. 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir. O, hazırda işsizdir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və 504 matçda 120 qol vurub. Adıçəkilən komanda hazırda Premyer Liqada 23 xalla səkkizinci sırada yer alıb.
Şərhlər