Xəbər lenti

“Qarabağ”ın rəqibindən ardıcıl seriya
İdman 11:44 11.03.2024

“Qarabağ”ın rəqibindən ardıcıl seriya

"Qarabağ”ın Avroliqanın 1/8 final mərhələsindəki rəqibi, Almaniya Bundesliqasının lideri "Bayer” ardıcıl altıncı qələbəsini qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Bundesliqanın 25-ci turu çərçivəsində "Bayer” doğma meydanda "Volfsburq”la qarşılaşıb. "BayArena”da baş tutan matç Xabi Alonsonun komandasının 2:0 hesablı qələbəsi ilə məğlub edib.

Görüşün taleyini Natan Tella (37) və Florian Virtsin (86) qolları həll edib. 

Cari mövsüm yolunu məğlubiyyətsiz davam etdirən "Bayer” bununla da ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 67-yə çatdırıb və ən yaxın izləyicisi "Bavariya" ilə 10 xallıq fərqi qoruyub. 

"Qarabağ” Avroliqanın 1/8 final mərhələsi çərçivəsində, Almaniyada "Bayer”in qonağı olacaq. Cavab qarşılaşması martın 14-də baş tutacaq. Komandalar arasında martın yeddisində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->