Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsində 7 tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi iki qarşılaşma baş tutacaq. Belə ki, Azərbaycan çempionu "Qarabağ" Bakıda "Ayntraxt Frankfurt"u (Almaniya), Türkiyə çempionu "Qalatasaray" isə İstanbulda "Atletiko Madrid"i (İspanoya) qəbul edəcək. Hər iki qarşılaşma eyni saatda - Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.
Bəs oyunları necə izləmək olar?
"Qarabağ" - "Ayntraxt Frankfurt" matçını "CBC Sport" canlı yayımlayacaq. "Qalatasaray" - "Atletiko Madrid" oyununu isə "İctimai TV" azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, bu gün daha iki qarşılaşma Azərbaycanda canlı yayımalamacaq. Belə ki, "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) görüşünü "CBC Sport", "Marsel" (Fransa) - "Liverpul" (İngiltərə) oyununu isə "İctimai TV" efirə verəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
Şərhlər