Xəbər lenti

İdman 16:52 03.07.2026

"Qarabağ" - "Vestri" oyununun biletləri satışda

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ” – "Vestri” (İslandiya) matçının biletləri satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ” – "Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->