Qazaxıstan prezidentinin səlahiyyətləri vaxtından əvvəl dayandırılsa, onun vəzifələrini vitse-prezident icra edəcək. Hazırda respublikanın konstitusiyası prezidentdən sonra ikinci şəxs kimi parlamentin yuxarı palatası olan Senatın spikerini nəzərdə tutur.
Qaynarinfo xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Comərd Tokayev vitse-prezident postunun yaradılmasını, həmçinin məsləhət və müşavir orqanların islahat elan edib. Bu gün Qazaxıstanın konstitusiya komissiyasının ilk iclası keçirilib və təklif olunan təşəbbüslər müzakirə olunub.
"Vitse-prezident səlahiyyətləri üzərinə götürə bilmədikdə, onlar Qurultayın sədrinə (təkpalatalı parlament) ötürülməlidir. Qurultay sədri də bunu edə bilmədikdə, səlahiyyətlər baş nazirə keçəcək", deyə prezidentin hüquqi məsələlər üzrə köməkçisi və komissiya üzvü Yerjan Jienbayev bildirib.
Vitse-prezident siyasi partiyanın üzvü olmamalı, bizneslə məşğul olmamalı və digər vəzifələrdə çalışmamalıdır. Onu prezident, Qurultay deputatlarının razılığı ilə təyin etməlidir: deputatlar namizədliyi səs çoxluğu ilə təsdiqləməlidir. Vitse-prezidentin istefasını yalnız dövlət başçısı həyata keçirə bilər.
2025-ci ilin sentyabrında Tokayev respublikanın iki palatalı parlamentini təkpalatalıya çevirməyi təklif etmişdi. Deputatlar yalnız partiya siyahıları üzrə seçiləcəklər. Parlament islahatı üçün konstitusiyanın 40 maddəsinə dəyişikliklər ediləcək.
Aydın
Şərhlər