Xəbər lenti

Ekonomiks 18:04 19.02.2024

Qəbələdə hotel kompleksinin tikintisi dayandırıldı, ərazi satışa çıxarıldı (FOTO)

Qəbələ rayonunda hotel kompleksli istirahət mərkəzinin tikintisi dayandırılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, inşaat işləri yarımçıq dayandırılan mərkəz rayonun Vəndam qəsəbəsində, Yeddi Gözəl şəlaləsinin yanında yerləşir.

Hotel layihəyə uyğun olaraq yeri qazılaraq bünövrəsinin qoyulması üçün hazır vəziyyətə gətirilib. Bununla yanaşı, kompleksə məxsus 26 ədəd kiçik evlərin isə bünövrəsi artıq qoyulub.

1,5 hektardan çox ərazidə tikintisi aparılan kompleks dörd tərəfdən hasarlanıb.

Kompleksin kimə aid olması və tikinti işlərinin dayandırılmasının səbəbi məlum deyil.

Amma hazırda ərazi sahibi tərəfindən satışa çıxarılıb. Hotel kompleksli istirahət mərkəzi 3 500 000 manata təklif olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->