Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarədəki 20 hərbçinin hamısının nəşi tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarında aparılan axtarışlar nəticəsində 20-ci şəhidimizin qiymətli cəsədi tapıldı", deyə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Gürcüstanın daxili işlər naziri Geka Geladze də bildirib ki, 20-ci şəhidin nəşi tapılıb və prosedurlar başa çatacaq və bu gün qalıqlar Türkiyəyə göndəriləcək.
Aydın
Şərhlər