Xəbər lenti

Rusiyanın İrandakı səfirliyi etirazlarla əlaqədar rusiyalıları ehtiyatlı olmağa çağırdı
Siyasət 22:40 02.01.2026

Rusiyanın İrandakı səfirliyi etirazlarla əlaqədar rusiyalıları ehtiyatlı olmağa çağırdı

"Rusiyanın İrandakı səfirliyi Rusiya vətəndaşlarını İslam Respublikasında etirazlar zamanı sayıq olmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır".

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın "Telegram" kanalında dərc olunmuş bəyanatında deyilir:

"Səfirlik İrandakı Rusiya vətəndaşlarını təhlükəsizlik və mühafizə tədbirlərinə riayət etməyə çağırır. Onlar etirazlardan və digər toplantılardan çəkinməli, mümkün təxribatlara müqavimət göstərməli və vəziyyət normallaşana qədər foto və video çəkilişdən qəti şəkildə çəkinməlidirlər".

Qeyd olunur ki, səfirlik və Rusiyanın bütün xarici qurumları adi rejimdə fəaliyyət göstərir.

Dekabrın 29-da Tehranın mərkəzində İran rialının kəskin şəkildə düşməsinə etiraz olaraq aksiyalar başlayıb.
--> -->