Xəbər lenti

Müharibə bitsə, Rusiya Qış Olimpiadasına qaytarılacaqmı? - BOK-dan cavab
İdman 17:31 02.01.2026

Müharibə bitsə, Rusiya Qış Olimpiadasına qaytarılacaqmı? - BOK-dan cavab

Rusiyalı idmançılar 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında, hətta həmin vaxta qədər Ukrayna ilə sülh sazişi əldə olunsa belə, ölkələrini təmsil edə bilməyəcəklər. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

O vurğulayıb ki, hazırkı mərhələdə Komitənin rusiyalı idmançıların fevral oyunlarında yalnız fərdi yarışlarda iştirakına icazə verən qərarını heç nə dəyişməyəcək. Koventri həmçinin bildirib ki, Olimpiya Oyunlarının bir neçə şəhərdə keçirilməsi yeni normaya çevriləcək və Milan və Kortina-d’Ampeçço oyunları gələcək üçün faydalı bir istiqamət göstəricisi olacaq.

Məlum olduğu kimi, 25-ci Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində İtaliyada — Milan və Kortina-d’Ampeççoda keçiriləcək. Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi rusiyalı və belaruslu idmançıların 2026-cı il Qış Olimpiadasında iştirakına icazə verib. Onlar milli bayraq və himn olmadan, fərdi yarışlarda çıxış edəcəklər.

Ukraynanın Milli Olimpiya Komitəsində bildirilib ki, ukraynalı atletlərə turnir zamanı Rusiya və Belarus nümayəndələri ilə qarşılaşacaqları halda necə davranmalı olduqları ilə bağlı artıq dəqiq təlimatlar verilib.

"Biz salamlaşmırıq, əl sıxmırıq, birlikdə podiumda dayanmırıq, ünsiyyət qurmuruq. Yəni bütün bunlar artıq işlənib hazırlanıb, komandaların diqqətinə çatdırılıb və bütün idmançılar məlumatlandırılıb", deyə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Vadim Hutsayt bildirib.

Aydın

--> -->