Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb.
V.V. övladının şikayəti əsasında saxlanılıb. Məlum olub ki, o, bir müddət əvvəl əri C.H.-dan boşanıb.
V.V.-nın qız övladı F.H. anasına atası ilə qalmaq istədiyini bildirib. Amma qadın buna icazə verməyib, onu döyməyə başlayıb, iki dəfə başından vurub və boğazını cırıb.
Səhəri gün F.V. atasına zəng edərək hadisəni danışıb və DIN-nin 102 xidmətinə zəng etmək istədiyini bildirib. O, atasının icazəsi əsasında 102 xidmətinə zəng edərək ünvanı deyib və hadisəni danışıb.
Məhkəmədə atası ilə qaldığını bildirən F.H. anası ilə barışmadığını və barışmaq istəmədiyini bildirib. O, məhkəmədən qanuni tədbir görülməsini xahiş edib.
Məhkəmənin hökmü ilə qadın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.
Aydın
Şərhlər