Xəbər lenti

Qurban Qurbanov:
İdman 02:41 29.01.2026

Qurban Qurbanov: "Qarabağ" pley-offa çıxmağı haqq edirdi"

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında pley-offa yüksəlməyi haqq edirdi.

"Report" xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis səfərdə "Liverpul"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Bu cür hesabla məğlub olmaq istəməzdik, təəssüf hissi keçiririk. Lakin futbolçularımı təbrik edirəm. Keçirdiyimiz 8 oyunda çox risklər aldıq və çətin oyunlar keçirdik. Komandamız pley-off mərhələsinə yüksəlməyi haqq edirdilər. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu bizim oyunumuz deyil. Layiqli şəkildə əsas mərhələnin ilk "24-lüy"nə düşdük. Azərbaycan xalıqını təbrik edirəm".

O, "köhlən atlar"ın pley-off mərhələsindəki potensial rəqiblərini dəyərləndirib:

"PSJ və "Nyukasl" komandalarının özünə xas oyun üslubları var. Rəqiblərdən asılı olmayaraq həmin matçlara diqqətli hazırlaşacağıq".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən "köhlən atlar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.
--> -->