Xəbər lenti

Qurban Qurbanovun oğlu Avropada lider oldu
İdman 13:35 03.02.2023

Qurban Qurbanovun oğlu Avropada lider oldu

2022/23 mövsümündə Avropa ölkələrinin liqalarında qol vuran 21 yaşadək oyunçuların siyahısı dərc olunub.

Qaynarinfo "Euro Foot"a istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı da yer alıb. 

Baş məşqçi Qurban Qurbanovun oğlu 14 qola imza atıb. O, Fransanın "Reyms" klubunun üzvü Folorin Baloqanla 1-2-ci yerləri bölüşdürür.

İlk "3-lüy"ü Portuqaliyanın "Benfika" klubundan Qonsalu Ramuş qapayır - 12 qol.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->