Foto 18:31 02.05.2023

Rabitəbank əməkdaşları “Heydər zirvəsi”ndə (FOTOLAR)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi münasibətilə bank əməkdaşları Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib. 

Quba rayonun Xınalıq kəndi yaxınlığında yerləşən zirvəyə yürüş təhlükəsizlik qaydaları çərçivəsində və əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə və həyata keçirilib.

Bank əməkdaşları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, bütün maneələri dəf edərək müəyyən olunmuş yerə vaxtında çatıb, Rabitəbank və Azərbaycan bayraqlarını yerə sancaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.