Xəbər lenti

Raketlərdən milyon dəfə ucuz lazer sistemi - İrana qarşı istifadə olundu?
Dünya 11:55 16.03.2026

Raketlərdən milyon dəfə ucuz lazer sistemi - İrana qarşı istifadə olundu?

ABŞ, İsrail və Çin lazer silah texnologiyası sahəsində ciddi rəqabət aparır. Xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı və İrana qarşı mümkün hərbi qarşıdurmanın gündəmdə olduğu bir vaxtda ABŞ prezidenti Donald Trampın "sahib olduğumuz lazer texnologiyası inanılmazdır” açıqlaması diqqət çəkib.
 
Bəs bu sistemlər döyüş meydanında həqiqətən effektivdirmi? İrana qarşı istifadə olunubmu? Onların xərci niyə raketlərə nisbətən demək olar ki, sıfıra bərabərdir?

Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdə pilotsuz uçuş aparatları və raket hücumlarının artması hərbi müdafiə texnologiyalarında yeni həll yolları axtarışını sürətləndirib. Xüsusilə İranın bölgədəki neft emalı zavodlarını və ABŞ-ın hərbi bazalarını hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları müdafiə sistemlərinin həm maliyyət, həm də effektivlik baxımından yenidən qiymətləndirilməsinə səbəb olub.

"The New York Times" qəzetinə danışan ekspertlərin sözlərinə görə, bu mərhələdə yüksək enerjili lazer silahları gələcəyin hava hücumundan müdafiə texnologiyası kimi ön plana çıxır. Ənənəvi raketdən müdafiə sistemləri ilə müqayisədə xeyli ucuz ola biləcəyi bildirilən lazer sistemləri dronları və bəzi raket növlərini hədəfə alaraq qısa müddətdə zərərsizləşdirə bilir.

"Patriot” raketlərinin dəyəri 3 milyon dollardan çoxdur

ABŞ-da aparılan hesablamalara görə bir lazer atışının dəyəri təxminən 3,50 dollar civarındadır. Buna qarşılıq bir pilotsuz uçuş aparatını vurmaq üçün istifadə olunan "Patriot" raket sisteminin önləyici raketlərinin qiyməti isə 3 milyon dollardan artıq ola bilir. Bu böyük maliyyət fərqi hərbi strateqlərin lazer texnologiyasına marağını sürətlə artırır.

ABŞ Prezidenti Donald Tramp da yaxın vaxtlarda jurnalistlərə verdiyi açıqlamada lazer silahlarının yaxın gələcəkdə "Patriot” sistemlərinin yerinə eyni vəzifəni daha aşağı xərclə yerinə yetirə biləcəyini bildirib.

Tramp qeyd edib ki, artıq bir inanılmaz texnologiyaya sahibdirlər  və çox yaxında istifadəyə veriləcək. Onun sözlərinə görə, lazerlər ‘Patriot’ sistemlərinin və digər müdafiə vasitələrinin gördüyü işi çox daha aşağı maliyyətlə yerinə yetirəcək.
 
Günay
--> -->