Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır.
Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.
Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söyləyirlər.
Qəssablar heyvanların baha satılmasının başqa bir səbəbi kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər