Xəbər lenti

Qəbul imtahanlarının tarixi açıqlandı
Ölkə 10:32 16.03.2026

Qəbul imtahanlarının tarixi açıqlandı

Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb.

Dövlər İmtahan Mərkəzindən (DİM) Qaynarinfo-ya verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, bu gündən başlayan qəbul imtahanında iştirak üçün qeydiyyat prosesi aprelin 29-dək davam edəcək.
--> -->