Xəbər lenti

Ramazanda ağız qoxusundan qorunmaq üçün 10 sadə üsul
Ölkə 14:38 26.02.2026

Ramazanda ağız qoxusundan qorunmaq üçün 10 sadə üsul

Ramazan ayında uzun müddət oruc tutmaq ağızda bakteriya yığılmasına və pis qoxuya səbəb ola bilər.
 
Qaynarinfo xəbər verir ki, aşağıdakı sadə üsullar gündəlik olaraq tətbiq edildikdə, orucluykən nəfəsinizi təravətli saxlamağa kömək edir.

Ramazan ayında ağız qoxusunun səbəbləri

Gün boyu davam edən aclıq və susuzluq tüpürcək ifrazını azaldır. Tüpürcək ağızdakı bakteriyaları təmizləyir, dili nəmli saxlayır və ağız sağlamlığını qoruyur. Orucluq zamanı su qəbulu azalır, bu isə ağızın təbii təmizləmə mexanizmini zəiflədir.

Uzun müddət ac qalmaq mədə turşusunu artırır və həzm problemlərinə yol açır. Nəticədə qida ağızda daha uzun müddət qalır və qoxu yaranır. Bundan əlavə, Ramazan ayında tez-tez istehlak edilən ədviyyatlı, ağır yeməklər və kofeinli içkilər ağız qoxusunun artmasına təsir göstərir.

Ramazan ayında ağız qoxusundan qorunma yolları

Düzgün ağız gigiyenası

İftar və sahurdan sonra dişlərinizi ən az bir dəfə fırçalayın.

Dil üzünü təmizləyin, diş aralarını diş ipi ilə təmizləyin.

Orucluq zamanı macunsuz quru fırçalama da faydalıdır.
 
 Kifayət qədər su içmək

İftar və sahur arasında bol su içmək tüpürcək ifrazını artırır və ağızdakı bakteriyaları təmizləyir.

Su həmçinin baş ağrılarının qarşısını almağa kömək edir.

Qida seçiminə diqqət

Ağır, şirin və çox ədviyyatlı yeməklərdən uzaq durun.

Lifli və asan həzm olunan qidalar seçin.

Sahurda təzə meyvə şirələri, tərəvəz və taxıl məhsulları tüpürcək ifrazını artırır.

Darçın və mixəkdən istifadə aclıq səbəbli qoxuları azalda bilər.

Təbii üsullar

Limon suyu və ya nanə yarpağı ilə hazırlanmış qarqaralar bakteriyaları məhv edir və nəfəsi təravətləndirir.

Təzə nanə və ya cəfəri çeynəmək qoxunu maskalayır və antibakterial təsir göstərir.

Misvak diş aralarını təmizləyir, plak əmələ gəlməsinin qarşısını alır və tükürük ifrazını artırır.

İftardan sonra bunları edin

Yatarkən burun tıxanıqlığını önləməyə çalışın.

Ağız protezi istifadə edirsinizsə, gecə çıxarıb təmizləyin.

Şəkərsiz saqqız çeynəyin

Sahur öncəsi və sonrası şəkərsiz saqqız çeynəmək tükürük ifrazını artırır və ağız qoxusunu azaldır.

Qazlı içkilərdən uzaq durmaq

Qazlı və çox şirin içkilər ağız quruluğu və pis qoxuya səbəb ola bilər.

Nizamlı qida vaxtı

Sahur və iftar yeməklərini keçirməyin, uzun müddət ac qalmaq qoxuya səbəb olur.

Təbii ədviyyatlar

Ədviyyatlı yeməkləri həddindən artıq istifadə etməyin.

Kofeindən az istifadə

Ağız quruluğunu və həzm problemlərini artıran çox kofeinli içkilərdən çəkinin.
 
Günay
--> -->