Xəbər lenti

Ramazanın 26-cı gününün duası - İftar və imsak vaxtları
Ölkə 20:20 15.03.2026

Ramazanın 26-cı gününün duası - İftar və imsak vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür.

Qaynarinfo-nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 16-da Bakıda imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir.

Ramazan ayının 26-cı gününün duası:

"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".

Tərcüməsi:

"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"

Allah orucunuzu qəbul etsin!

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->