Xəbər lenti

İdman 13:36 18.06.2026

"Real Madrid" daha bir tranferi açıqladı

İspaniyanın "Real Madrid" klubu İbrahima Konatenin transferini açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Fransanın "Soşo" klubunun akademiyasının yetirməsi olan 27 yaşlı müdafiəçi 2021-ci ildən "Liverpul"un formasını geyinirdi. O, İngiltərə komandasının heyətində meydana çıxdığı 183 matçda, 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Transfermarkt" portalı İbrahima Konatenin dəyərini 45 milyon avro qiymətləndirir. "Real Madrid" bundan əvvəl "Mançester Siti"dən Bernardo Silvanı transfer edib.
--> -->