Xəzər rayonunda yerləşən "Shaurma" restoranı cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, "Shaurma” restoranı iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb. Məhkəmənin hökmünə əsasən, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Aydın
Şərhlər