Xəbər lenti

Sadıq Sadıqova yeni vəzifə verildi
İdman 20:31 03.11.2025

Sadıq Sadıqova yeni vəzifə verildi

"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->