Xəbər lenti

Maqazin 16:15 04.04.2024

Rəqsanə saxlanılması barədə xəbərdən danışdı: "Allah evini yıxsın"

"Allah bu məlumatı yayanların evini yıxsın".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Rəqsanə İsmayılova Rusiyada saxlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi hazırda evində olduğunu bildirib:

"Mənə heç nə olmayıb. Yalandan haqqımda məlumat yayıblar. Sağ-salamatam, evimdə oturmuşam. Kimsə narahat olmasın".

Rəqsanə aprelin 10-da Bakıya gələcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya "Telegram" kanalları müğənni Rəqsanə İsmayılovanın Moskvada saxlanılması ilə bağlı məlumat yayıb. Sənətçinin Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanıldığı qeyd edilib. Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Rüşvət vermə" və "Sənəd saxtakarlığı" maddələri ilə ittiham olunur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->