Xəbər lenti

Ronaldodan Marselonun oğluna gözləmədiyi hədiyyə (FOTO)
İdman 14:30 27.12.2023

Ronaldodan Marselonun oğluna gözləmədiyi hədiyyə (FOTO)

Səudiyyə Ərəbistanı klubu "Al-Nassr"ın formasını geyinən Kriştiano Ronaldo sabiq komanda yoldaşı Marselonun oğluna yeni il hədiyyəsi göndərib.

Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı futbolçu doqquz il "Real"da çiyin-çiyinə oynadığı "sambaçı"nın oğluna imzalı formasını göndərib.  Hədiyyəsini böyük həyəcanla instaqram hesabında paylaşan Marselonun oğlu açıqlamasında "Çox təşəkkür edirəm Kriş. Səni sevirəm. Sən mənim idolumsan" - sözlərini söyləyib.

Marselonun "Olimpiakos"da çıxış etdikdən sonra Ronaldonun komandası "Al-Nassr"a transfer olunacağı gözlənilsə də braziliyalı müdafiəçi öz ölkəsinin klublarına qayıtmağın vaxtı çatdığını açıqlamışdı.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->