Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.
Qaynarinfo xəbər verir ki, Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu, ukraynaəsilli idmançı Anna Zaytsevadır.
19 yaşlı cüdoçu Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək. 63 kiloqram çəki dərəcəsində çıxış edən perspektivli idmançı son olaraq Polşa millisinin şərəfini qoruyub.
Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı olan Anna Zaytseva gənclər arasında son Avropa çempionatında 5-ci yeri tutub.
Qeyd edək ki, Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Şərhlər