Xəbər lenti

Dünya 13:43 25.07.2023

Rumıniya G7-nin Ukrayna üçün təklif etdiyi təhlükəsizlik zəmanətlərinə qoşuldu

Rumıniyanın xarici işlər naziri Luminitsa Odobesku ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışarkən Rumıniyanın Vilnüs sammitində G7 ölkələrinin Ukrayna üçün təklif etdiyi təhlükəsizlik zəmanətlərinə qoşulmaq qərarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Rumıniyanın xarici işlər naziri Blinkenlə Qara dənizdəki son hadisələri, xüsusən də Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarının nəticələrini müzakirə edib.

Bundan əlavə, onlar Rusiyanın Ukraynanın mülki əhalisinə və çay və dəniz infrastrukturuna hücumlarını, həmçinin "Rusiya Federasiyasının qlobal ərzaq təhlükəsizliyinə rüsvayçı şəkildə təsir etməsini” pisləyiblər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib ki, G7-nin razılaşdırdığı Ukraynaya dəstək haqqında birgə bəyannaməyə on ölkə qoşulub.

Yermakın sözlərinə görə, G7 ölkələrinin təklif etdiyi təhlükəsizlik zəmanətlərinə Danimarka, İspaniya, Niderland, Norveç, İsveç, Çexiya, Finlandiya, İslandiya, Belçika və Portuqaliya qoşulub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->