Xəbər lenti

İdman 10:27 24.04.2023

Runi: "Haland hazırda dünyanın ən yaxşı futbolçusudur"

"Ronaldo və Messi erası bitib".

Qaynarinfo-nun məlumatına görə, bunu İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi deyib. 

Veteran futbolçu "The Times”a açıqlamasında "Mançester Siti”nin norveçli ulduzu Erlinq Halandı növbəti möhtəşəm futbolçu hesab etdiyini və artıq onun dövrünün başladığını bildirib:

"Erlinq Haland hazırda dünyanın ən yaxşı futbolçusudur. Messi ən böyükdür, lakin hazırda heç kim - mən özüm belə bu mövqedə rekordlar qırsam da - yüksək səviyyəli, nəfəsimi kəsən bir hücumçudan daha yaxşı oynamır. O, göstərdiyi performansa və nümayiş etdirdiyi mentalitetə görə dünyanın ən yaxşısıdır".

"Mançester Yunayted”in əfsanəsi bütün zamanların ən çox qol vuran oyunçusu Halandın 2023-cü ildə "Qızıl top” mükafatı uğrunda mübarizədə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Messini keçə biləcəyini deyib:
 
"Qızıl top”u kimin qazanacağına baxırsınızsa, bu mövsüm formasını qoruyub saxlamaq şərtilə Haland olmalıdır. Niyə olmasın? 264 oyunda 224 qol rekordu, standartları aşağı düşməyən oyunçunun əlamətidir. Messi və Ronaldo dövrünü yaşadıq, indi Haaland və Kilian Mbappe dönəmi başlayır. Ətrafınızda Haland kimi bir istedad varsa, sadəcə, zövq almalısınız - hətta o, "Mançester Siti” forması geyinsə belə. "Community Shield”dən sonra heç bir şübhəm olmadığını və onun bunu bacaracağını dedim. Mən həmişə Halandın "Mançester Siti”ni lazımi yerə aparacaq oyunçu olduğunu hiss edirdim. Ancaq bir şeydə yanıldım. Halandın hər oyunda qol vurmağa qadir olduğunu söylədim. Əslində, Premyer Liqada onun 28 oyunda 32 qolu var. Bu qədər ölümcül birini görmək çox nadirdir.

Norveçli hücumçu keçən yay "Borussiya”dan (Dortmund) 51 milyon funt-sterlinq (63 milyon dollar) qarşılığında "Mançester Siti”yə transfer olunub. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->