Ukrayna kəşfiyyatı rusların LTE-rabitə və uzaqdan idarəetmə imkanına malik yeni PUA-sı haqqında məlumat yayıb. Bildirilir ki, düşmən bu aparatı hazırda cəbhənin müxtəlif istiqamətlərində fəal şəkildə tətbiq edir.
Qaynarinfo xəbər verir ki, Telegram kanalında yayılan məlumata
" target="_blank">görə, dronun komponentlərinin təxminən yarısı Çində istehsal olunub (rabitə modulları, mini-kompüter, enerji tənzimləyicisi, kvars generatoru).
GUR "War\&Sanctions” portalının "Silahın komponentləri” bölməsində bu yeni PUA-nın 3D-modelini, tərkibini və detalları dərc edib.
Qeyd olunur ki, bu PUA həm kəşfiyyat, həm zərbə dronu, həm də Ukrayna HHM-ni yükləmək üçün yalançı hədəf kimi istifadə oluna bilər.
Yeni modifikasiya kamera və iki LTE-modemlə təchiz olunub. Bu modemlər mobil baza stansiyaları vasitəsilə videonun real vaxtda və ya yazılı şəkildə ötürülməsini, eləcə də kursun düzəlişi üçün komandaların qəbulunu təmin edir.
Zərbə versiyasında kamera (baxış bucağının dəyişdirilməsi şərtilə) və uzaqdan idarəetmə operator tərəfindən FPV prinsipi ilə hədəfə yönəltmədə istifadə edilə bilər.
Konstruksiyaca dron "delta-qanad” tipli füzelyaja sahibdir, bu da onu "Shahed-131” (Geran-1) tipinə oxşadır, lakin bir qədər kiçikdir. Naviqasiya dörd patch-antennalı və Çin istehsalı Allystar modulları ilə təchiz olunmuş maneəyə davamlı peyk mövqeləndirmə sistemi vasitəsilə həyata keçirilir. Füzelyajın ön hissəsində quraşdırılmış DLE mühərriki dronu daha çox Rusiyanın Zala Group istehsalı olan "İtalmas” kamikadze aparatına bənzədir.
Xatırladaq ki, UNIAN-ın məlumatına görə, Rusiya döyüş dronlarının istehsalını və müxtəlifliyini sürətləndirir.
Bir neçə gün əvvəl radioelektron mübarizə üzrə mütəxəssis Sergey "Fleş” Beskretsnov da açıqlayıb ki, rusların süni intellektlə təchiz olunmuş V2U tipli PUA-sının yeni versiyası hazırlanıb. Onun sözlərinə görə, bu tip yeni düşmən dronları ötən həftə bütün cəbhələrdə müşahidə olunub.
"Fleş” bildirib ki, bu dron xəttində artıq həm zərbə, həm də kəşfiyyat versiyaları var. Hələlik logistika üçün "kuryer dronlar” mövcud deyil.
O qeyd edib ki, bu PUA-nın hazırlayıcısı və istehsalçısı məlum deyil, aparatın daxilində isə heç bir rus istehsalı komponent yoxdur.
"Mənim üçün ən vacib məsələ kəşfiyyat və zərbə dronlarının sürü (roevoy) həllində qarşılıqlı fəaliyyəti məsələsidir. Bir daha vurğulayıram ki, mən bu PUA xəttinin süni intellekt əsasında hazırlanmasını ən innovativ və təhlükəli inkişaf hesab edirəm”, – deyə "Fleş” yekunlaşdırıb.
Alpər
Şərhlər