Xəbər lenti

Dünya 12:52 22.09.2023

Rusiya MDB ölkələrində raketdən müdafiə sistemləri yerləşdirəcək

Rusiya Hərbi-kosmik Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini general-polkovnik Yuri Qrexov bildirib ki, MDB ölkələrində ballistik raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. 

Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bu barədə o, Tulada Birlik ölkələrinin Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin 57-ci iclasından sonra danışıb. 

Qrexovun sözlərinə görə, "aerokosmik müdafiə məsələlərini həll etməyə qadir olan” qüvvə və vasitələrin regional hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası davam edir. Bundan əlavə, MDB iştirakçısı olan ölkələrin hava hücumundan müdafiə qüvvələrinin perspektivli hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri ilə təchiz edilməsi üçün proqramlar hazırlanır və həyata keçirilir.

RİA Novosti xəbər verir ki, general-polkovnikin izah etdiyi kimi, tədbirlər regional hava hücumundan müdafiə sistemlərinin yaradılması və MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində əməkdaşlığın beynəlxalq hüquqi bazasına dair sazişlərin həyata keçirilməsi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, MDB-nin Vahid Hava Hücumundan Müdafiə Sistemi 1995-ci ildə yaradılıb. 2022-ci ilə qədər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan aktiv iştirakçılar olaraq qalıb. Bunlardan yalnız Rusiya və Belarusun raketdən müdafiə sistemləri var. May ayında Rusiya prezidenti Vladimir Putin Qırğızıstanla vahid hava hücumundan müdafiə sistemi haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->