Xəbər lenti

Rusiya ordusu yeni çoxməqsədli qırıcı partiyası aldı (FOTO)
Dünya 13:40 21.08.2025

Rusiya ordusu yeni çoxməqsədli qırıcı partiyası aldı (FOTO)

Birləşmiş Aviasiya Korporasiyası (ОАК) Rusiya ordusuna növbəti dəfə dördüncü nəsil Su-35S qırıcılarının yeni partiyasını təhvil verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Rostex” məlumat yayıb.

Təyyarələrin dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki bort nömrələri ənənəvi olaraq retuş edilir. Yayımlanmış kadrlara əsasən, söhbət azı iki yeni təyyarədən gedir.

Rusiyalılar xatırladıb ki, bu il ərzində artıq bir neçə partiya Su-35S qırıcısı qoşunlara təhvil verilib. Hazırda isə növbəti çatdırılmalar üçün yeni təyyarələrin istehsalı davam edir.

Su-35 beşinci nəsil qırıcılara keçid modeli hesab olunur. Yeni mühərrik bazasında qurulmuş güc qurğusu, rəqəmsal idarəetmə sistemi və idarəolunan dartı vektoru uçuş-texniki göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir.

Su-35-in əsas xüsusiyyətlərindən biri – yeni uzun mənzilli "hava-hava” sinifli R-37 raketlərindən istifadə etmək imkanının olmasıdır. Bu raketlər 200 km-dən artıq məsafədə hava hədəflərini məhv edə bilir (Rusiya məlumatına görə – 300 km-ə qədər).

Qırıcının digər üstünlüyü isə fazalı anten qəfəsi ilə təchiz edilmiş N035 "İrbis” radiolokasiya stansiyasıdır. Bu stansiya Rusiya arsenalı içində ən güclülərdən biri sayılır. Eyni zamanda, əsas çatışmazlıqlardan biri – Su-35-in kifayət qədər köhnə baza üzərində (sovet Su-27 modeli əsasında) qurulmasıdır.

Ümumilikdə indiyədək təxminən 150 ədəd Su-35S istehsal olunub. Təyyarənin alıcılarından biri də Çin olub – o, bu tipdən kiçik bir partiya əldə edib. Son vaxtlar isə Rusiya ordusu yeni istehsal olunan döyüş təyyarələrinin bir neçə partiyasını alıb.

Keçən həftə UNIAN xəbər vermişdi ki, Rusiya ordusuna Su-34 ön xətt bombardmançılarının yeni partiyası da verilib. Bu təyyarələr ənənəvi olaraq MPK modullu bombaların daşıyıcısı kimi istifadə olunur.

Digər Su-34 partiyasının təhvil verilməsi barədə iyulda da məlumat verilmişdi. Hər iki halda rus ordusu azı iki ədəd ön xətt bombardmançısı alıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->