Xəbər lenti

Rusiya Polşaya hücuma hazırlaşır? (ŞƏRH)
Dünya 13:10 10.09.2025

Rusiya Polşaya hücuma hazırlaşır? (ŞƏRH)

"Bu, məqsədyönlü şəkildə edilmiş hadisə deyil, ancaq təsadüfi olmamaqla yanaşı, Rusiya ordusunun qeyri-peşəkarlığının növbəti nümunəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanına daxil olması məsələsini şərh edərkən deyib. 

"Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi pilotsuz uçuş aparatları Polşanın hava məkanına ilk dəfə deyil ki, daxil olur. Bundan əvvəl də həm Polşa, həm Rumıniya, həm də Belarus ərazisinə Rusiyanın atdığı PUA-lar düşüb", deyə ekspert bildirib. 

Belə hadisələr həmsöhbətimizə görə, Rusiya ordusunun qeyri-peşəkarlığından xəbər verir:

"Hər dəfə təkrarlayırlar ki, ancaq hərbi hədəfləri vururlar. Ancaq ötən günlərdə Ukrayna hökumət binasına, habelə Azərbaycan səfirliyinin yaxınlığına da raket zərbələri endiriblər. İndi də Polşanın hava məkanına PUA-lar daxil olub".



Ekspertə görə, Varşavanın buna cavabı diplomatik  müstəvidə olacaq:

"Yəqin ki, rəsmi Varşava Kremlə müəyyən xəbərdarlıqlar edəcək. Polşanın buna qarşı hansısa diplomatik addımları atacaq, Moskvaya xəbərdarlıq edəcək. Ancaq cavab  zərbələri endirməsi isə gözlənilmir. Polşa kifayət qədər təmkin nümayiş etdirən ölkədir. Başqa bir tərəfdən, Rusiya Polşaya hədə-qorxu gələ bilməz. Rusiya hazırda öz ərazisilə bağlı çətinliklər çəkir. Polşa isə NATO-nun ən hazırlıqlı ordusuna malikdir. Moskvanın bu hərəkəti məsuliyyətsizlik, cəzasızlıqdan qaynaqlanır".

Qeyd edək ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Ukraynaya atdığı pilotsuz uçuş aparatları (PUA) Polşanın hava məkanına daxil olub. Bu barədə Polşanın Hərbi Komandanlığı məlumat yayıb. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, əməliyyat davam edir, Podlaskie, Mazoviekie və Lublin bölgələri risk altında olduğuna görə əhaliyə evdə qalmaq tövsiyə olunub. 

Müdafiə naziri Vladislav Kosinyak-Kamiş isə Polşa təyyarələrinin düşmən obyektlərinə qarşı silah tətbiq etdiyini açıqlayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->