Xəbər lenti

Dünya 00:50 03.04.2024

Rusiyadan sonra ABŞ... - Avropa üçün yeni enerji asılılığı tələsi

Moskva Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa İttifaqı ölkələri Rusiyanın enerji resurslarından imtina edərək ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına keçdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazıb.

Bununla belə, Avropa indi enerji asılılığının yeni tələsinə düşdüyündən ehtiyat edir - bu dəfə Vaşinqtondan.

2022-ci ildə Aİ Rusiyadan tədarükün dayandırılmasını kompensasiya etmək üçün Amerika LNG-nin alışını təcili olaraq artırıb. Onlarla yeni müqavilələr bağlanıb, Amerika yanacağı ilə dəniz yüklərinin qəbulu üçün yeni terminallar yaradılıb. Nəşr yazır ki, bu günə qədər Avropa İttifaqına LNG idxalının demək olar ki, yarısı ABŞ-dan gəlir, halbuki Ukraynadakı münaqişədən əvvəl onların payı təxminən 1/4- idi.

"Bir mənbədən həddindən artıq asılılıq səbəbindən enerji təchizatının təhlükəsizliyini riskə atmaq təhlükəsi ilə üzləşən Avropa keçmiş səhvlərindən nəticə çıxarmalı və ABŞ-dan həddən artıq asılılıqdan çəkinməlidir", deyə analitik Ana Mariya Makareviç xəbərdarlıq edib.

Bununla belə, Avropanın ətraf mühit təşkilatları da ABŞ-dan LNG idxalını artırmaq siyasətinə şübhə ilə yanaşır.

Bu yaxınlarda Hyustonda keçirilən sənaye konfransında bir sıra Avropa şirkətləri Aİ-ni öz qaz hasilatını artırmağa çağırıb. Bununla belə, iqlim fəalları hesab edirlər ki, qaz istehlakı əvəzində bərpa olunan enerji mənbələrinin inkişafı hesabına daha da azaldılmalıdır.

Bu arada ABŞ-da ekoloji səbəblərə görə LNG ixracına məhdudiyyət qoyulmasını tələb edən etiraz hərəkatı böyüyür. Noyabr seçkiləri ərəfəsində prezident Co Bayden LNG layihələri üçün yeni icazələri artıq dayandırıb. Bu siyasət davam edərsə, Avropa 10-15 ildən sonra mavi yanacağın tədarükü qıtlığı və onun qiymətlərində artımla üzləşə bilər. EuroGas Assosiasiyası artıq Ağ Evi tədarükün azalması fonunda "rekord yüksək qiymətlərə” qayıtmaq riski barədə xəbərdarlıq edərək, qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->