Dünya 17:02 28.06.2022

Rusiyalı müxalif siyasətçi İlya Yaşin Moskvada həbs edildi

Rusiya polisi tanınmış müxalif siyasətçi İlya Yaşini həbs edib.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə müxalifətçinin vəkili və jurnalist dostu məlumat verib

Yaşinin dostu, jurnalist İrina Babloyan bildirib ki, siyasətçi bazar ertəsi paytaxt Moskvada parkda birlikdə gəzən zaman həbs edilib.

Vəkili Vadim Proxorov deyib ki, Moskva məhkəməsi çərşənbə axşamı Yaşinin həbsə, azadlığa və ya ev dustaqlığına buraxılmasına qərar verə bilər.

"Məndə olan məlumata görə, o, polisə tabe olmamaqda ittiham olunur”, - deyə Proxorov Facebook-da yazıb və əlavə edib ki, ona müştərisi ilə görüşə icazə verilməyib.

Moskvanın Krasnoselski rayonunun bələdiyyə deputatı Yaşin Ukraynadakı müharibəyə qarşı açıq şəkildə çıxan və Rusiyada qalan azsaylı rusiyalı siyasətçilərdən biridir.

Martın 7-də 38 yaşlı Yaşın tvitində yazıb: "Mən Rusiyada qalıram. Mən bunu demişəm və təkrar edirəm: ruslar və ukraynalılar bir-birlərini öldürməməlidirlər. Müharibə əleyhinə çıxışlara görə qismət həbsə düşməkdisə, bunu ləyaqətlə qəbul edəcəyəm”.


Nurlan Hüseynov